Ceyms Coys

Ceyms Coys
ing. James Joyce
Coys Sürixdə, 1918-ci il
Coys Sürixdə, 1918-ci il
Doğum adı James Augustine Aloysius Joyce[5]
Doğum tarixi 2 fevral 1882(1882-02-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 yanvar 1941(1941-01-13)[3][4][…] (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi peritonit
Dəfn yeri
Uşaqları 2
Təhsili
Fəaliyyəti şair, roman yazıçısı, müəllim, müəllif, yazıçı, jurnalist, ədəbiyyat tənqidçisi, nasir
Fəaliyyət illəri 1904-cü ildən
Əsərlərinin dili ingilis dili
Janrlar poeziya[8]
İmza
jamesjoyce.ie
Vikimənbənin loqosu Ceyms Coys Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Oqastin[9] Aloyşes Coys (ing. James Augustine Aloysius Joyce; 2 fevral 1882[1][2][…], Ratqar[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[3]13 yanvar 1941[3][4][…], Sürix[3][6][…]) — irland romançı, hekayə yazarı, şair, müəllim və ədəbiyyat tənqidçisi. Modernist avanqard cərəyanına töhfələr vermiş Coys 20-ci əsrin ən nüfuzlu və mühüm yazıçılarından biri hesab edilir. O, ən əsas Homerin Odisseya epik poemasındakı epizodların bir çox ədəbi üslub, xüsusən də, şüur axınının vəhdətiylə xarakterizə olunan Uliss romanı ilə məşhurdur. Müəllifin digər məşhur əsərlərinə Dublinlilər (1914) adlı hekayələr toplusu, Sənətkarın gəncliyindəki portreti (1916) və Finneqanın yası (1939) romanları daxildir. Onun digər əsərlərinə üç şeir kitabı, bir pyes, nəşr olunmuş məktubları və jurnalistik yazıları aiddir.

Coys Dublində, orta təbəqəyə aid bir ailədə dünyaya gəldi. Ağıllı və çalışqan tələbə olan Coys yezuit məktəbləri olan Klonqous Vud KolleciBelveder Kollecində akademik göstəriciləri ilə seçilməzdən öncə atasının qeyri-stabil maddi gəlirindən qaynaqlanan xaotik vəziyətə baxmayaraq, Xristian Qardaşlar Cəmiyyəti tərəfindən idarə olunan O’Konnell məktəbinə getdi. O, təhsilini Dublin Universitet Kollecində davam etdirdi.

1904-cü ildə erkən 20-li yaşlarında olan Coys gələcək həyat yoldaşı Nora Barnakl ilə kontinental Avropaya köçdü. Onlar Triest, ParisSürixdə yaşadılar. Yetkinlik dövrünün böyük əksəriyyətini xaricdə keçirsə də, Coysun xəyali dünyasının mərkəzi həmişə Dublin idi və bu dünyanın sakinlərinin çoxu onun ailə üzvlərinə, düşmənlərinə və orada qaldığı vaxt dostluq etdiyi insanlara bənzəyirdi. Xüsusilə, Uliss romanında hadisələr şəhərin küçə və dar keçidlərində baş verir. Uliss nəşr olunduqdan qısa bir müddət sonra müəllif fikirlərini belə ifadə etmişdi: "Həmişə Dublin haqda yazıram, çünki fikrimcə, Dublinin qəlbinə qədər gedib çıxa bilirəmsə, dünyadakı bütün şəhərlərin qəlbinə çata bilərəm. Bu şəhər özündə bəşəri bir şey ehtiva edir."[10]

  1. 1 2 James Joyce // Archivio Storico Ricordi. 1808.
  2. 1 2 Atherton J. S. James Joyce // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 Джойс Джеймс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. James Augusta Joyce (2 Feb 1882 - 13 Jan 1941) // WikiTree (ing.). 2005.
  6. 1 2 Flann O'Brien, James Joyce, and The Dalkey Archive (ing.). // New Hibernia Review University of St. Thomas, Philosophy Documentation Center. ISSN 1092-3977; 1534-5815
  7. Find a Grave (ing.). 1996.
  8. James Joyce // Goodreads (ing.). 2006.
  9. Coysun ikinci adı səhvən "Oqasta" olaraq qeyd edilmişdi. Ona ata babasının şərəfinə Ceyms Oqastin Coys adı verilmiş və bu adla xaç suyuna çəkilmişdi. Onun doğumu və baptizmi haqda şəhadətnamə 2004-cü ildə düzəldilərək yenidən buraxılmışdır; şəhadətnamənin məqalənin əvvəlində yerləşdirilən formasında yazıçının adı "Oqastin" olaraq qeyd edilib. Ellmann deyir: "İkinci uşaq, Ceyms Oqasta (doğumu düzgün qeyd olunmadığına görə) ...". Ellmann (1982) p. 21.
  10. Ellman, p. 505, citing Power, From an Old Waterford House (London, n.d.), pp. 63–64

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search